Modern.az

Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını bu tarixdə açıqlayacaq

Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını bu tarixdə açıqlayacaq

Aktual

2 May 2022, 15:06

Finlandiya mayın 12-də NATO-ya üzvlüklə bağlı qərar qəbul edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Iltalehti” qəzeti yazıb.

 

Nəşrin məlumatına görə, Prezident Sauli Niinistö ölkəsinin NATO-ya qəbul olmasını dəstəklədiyini bəyan edəcək. Daha sonra parlament hərbi alyansa üzvlüklə bağlı ərizə verməli olduğunu açıqlayacaq. Ölkənin Baş naziri Saana Marinin də Finlandiyanın NATO-ya üzvlüyə tərəfdar olduğu bildirilir.

 

Xatırladaq ki, daha əvvəl NATO-ya üzvlüklə bağlı qərarın mayın 14-ü qəbul ediləcəyi bildirilirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı