“Aprelin 30-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələr (XTQ) qarşısında çıxış edərək bayram təbriklərini çatdıraraq çox mühüm məqamları qeyd etdi. Həmçinin Xüsusi Təyinatlı Qüvvələrimiz uğurlu və şərəfli yol keçiblər. Nə yaxşı ki, hər birimiz bu şərəfli yola qürurla nəzər salırıq”
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov aprlin 30-da ölkə başçısının Xüsusi Təyinatlı Qüvvələr qarşısındakı çıxışını şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsindəki Qələbəmizdə Xüsusi Təyinatlı Qüvvələrin çox böyük payı olub:
“Bir məqamı xüsusilə vurğulamaq çox yaxşı olardı. Xüsusi Təyinatlı Qüvvələrimiz düz 23 il əvvəl ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Təbii ki, ötən illər ərzində ən müasir silahlarla təmin olunub və Türkiyənin təcrübəsinə yiyələnərək məğlubedilməz qüvvəyə çevrilib. Biz haqqında söhbət açdığımız qəhrəmanlarımızın gücünü 2016-cı ilin Aprel döyüşlərində də gördük. 4 günə iki min hektardan çox ərazini işğaldan azad etməklə düşmənə mesaj göndərmişdilər. Düzdü, düşmən bu mesajdan nəticə çıxartmadı. Amma 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar. Qəhrəmanlıq, mərdlik, cəsarət və qorxmazlıq rəmzi olan Xüsusi Təyinatlı Qüvvələrimizlə qürur duyuruq”
Məşhur Məmmədov
Milli Məclisin deputatı