Modern.az

Prezidentin fikirləri Cənubi Qafqazın inkişafı üçün yol xəritəsidir

Prezidentin fikirləri Cənubi Qafqazın inkişafı üçün yol xəritəsidir

Aktual

2 May 2022, 19:30

Dünyanın nüfuzlu beyin mərkəzlərinin rəhbərlərinin, ekspert və analitiklərinin Şuşada keçirilən, daha sonra isə Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində davam etdirilən beynəlxalq konfransı son 30 ildə regionun inkişafı ilə bağlı keçirilən ən önəmli tədbirlərdən biri hesab etmək olar.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Öncə Şuşada keçirilən konfransa diqqət çəkən millət vəkili qeyd edib ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhəri artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi intellektual diskussiya, dialoq platformasına çevrilir: "Böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Bu o deməkdir ki, Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub".

 

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransa gəldikdə isə dövlətimizin başçısının dünyanın aparıcı beyin mərkəzlərinin, ekspert və analitiklərinin suallarına verdiyi cavablar yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi ilə bağlı tarixi faktorlara və mövcud reallıqlara söykənən gerçək bir mənzərəni ortaya qoyur: "Prezident İlham Əliyev müasir dövrün strateji baxış bucağına sahib lideri kimi danışır və təkcə öz xalqının deyil, bütövlükdə regionda yaşayan bütün xalqların daha yaxşı, daha təhlükəsiz yaşaması üçün atılması zəruru olan addımları açıqlayır, ortaq hədəfləri nişan verir. Azərbaycan Prezidentinin baxış bucağına görə, regionun heç bir dövləti və xalqı qarşılıqlı munasibətləri inkişaf etdirmədən, etibarlı münasibətlər sistemi formalaşdırmadan uzunmüddətli inkişafa və dayanıqlı sabitliyə nail ola bilməz. Problemlərin həlli yolu qarşılıqlı əməkdaşlıqda, problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməkdədir. Düşünürəm ki, Prezident İlham Əliyevin fikirləri Cənubi Qafqazın inkişafı, təhlükəsizliyi üçün yeganə yol xəritəsidir və öz xalqlarının gələcəyini düşünən liderlər məhz bu yolla hərəkət edərək hədəflərinə çata bilərlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı