Modern.az

Bu ölkə pandemiya məhdudiyyətlərini ləğv etdi

Bu ölkə pandemiya məhdudiyyətlərini ləğv etdi

Aktual

3 May 2022, 08:10

Bu gündən Serbiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən ölkəyə giriş məhdudiyyətlərini aradan qaldırıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, gecə yarısından etibarən, əcnəbilər kimi Serbiya vətəndaşlarından da haradan gəldiklərindən asılı olmayaraq, ölkəyə daxil olarkən mənfi PCR testi, sürətli antigen testi, yoluxmanın keçdiyinin təsdiqlənməsi və ya peyvənd sertifikatı tələb olunmur.

 

Qeyd edilib ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar ölkədəki “mövcud epidemioloji vəziyyətə əsasən” qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...