Modern.az

Moskvada 40 yaşlı kişi 15 yaşlı qızı qaçırıb - Hər ikisi azərbaycanlıdır

Moskvada 40 yaşlı kişi 15 yaşlı qızı qaçırıb - Hər ikisi azərbaycanlıdır

Aktual

28 İyun 2022, 16:00

Moskvanın Sosenskoye qəsəbə sakini olan Azərbaycan əsilli şəxs hüquq-mühafizə orqanlarına 15 yaşlı qızının qaçırılması barədə ərizə ilə müraciət edib.
 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, bir gün əvvəl ona təxminən 40 yaşlı azərbaycanlı həmyerlisi zəng edərək, qızı evlənmək üçün qaçırdığını bildirib.
 

Maraqlıdır ki, bir müddət sonra yeniyetmənin anası da polisə müraciət edərək bildirib ki, qızını qaçıran şəxsə qarşı heç bir iddiası olmadığı üçün onun axtarışı dayandırılmalıdır. Onun fikrincə, qıza heç bir pislik edilməyib.
 

Daha sonra 15 yaşlı qız valideynlərinə zəng edərək, öz istəyi ilə qoşulub qaçdığına görə onu axtarmağa ehtiyac olmadığını deyib. Məlumata görə, qaçırılan qız heç bir təhsil müəssisəsinə daxil olmayıb və manikür ustası işləyir.

Rusiya mətbuatı haqqında bəhs etdiyi azərbaycanlıların adlarını açıqlamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı