Modern.az

Türkiyəyə köməyə gedən FHN əməkdaşları mükafatlandırıldı

Türkiyəyə köməyə gedən FHN əməkdaşları mükafatlandırıldı

Aktual

28 İyun 2022, 19:50

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə tədbirlərinə cəlb olunub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 28-də Türkiyənin Muğla bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak etmiş xarici yanğınsöndürmə qüvvələrinin mükafatlandırılması mərasimi keçirilib.

 

Dalaman Hava Limanında keçirilən mərasimdə iştirak edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hava Hazırlığı komandiri general-leytenant Ziya Cemal Kadıoğlu Milli Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsinin heyət üzvlərinə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı