Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası başlayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, "Evə, Avropaya” şüarı ilə keçirilən aksiyada baş nazir İrakli Qaribaşvilinin istefası tələb olunur.
Aksiya "Utanc" hərəkatı tərəfindən təşkil edilib. Onlar milli razılıq hökumətinin qurulmasını tələb edir.
Aksiyaya görə Rustaveli prospektində hərəkət məhdudlaşdırılıb. Əraziyə kütləvi sayda polis cəlb olunub.