Modern.az

4 qadının bank hesabından pul OĞURLANDI

4 qadının bank hesabından pul OĞURLANDI

Aktual

4 İyul 2022, 12:06

Müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun Gədəbəy rayon sakini O.Hüseynov olduğu müəyyənləşib.

 

O, şübhəli şəxs qismində saxlanılıb.


Polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub. 


Hazırda qeyd edilənlərlə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı