Modern.az

Məhkəmə nazirin əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

Məhkəmə nazirin əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

Aktual

4 İyul 2022, 12:14

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Hər iki şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

 

Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

 

Qeyd edək ki, Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

 

Xatırladaq ki, sözügedən əməliyyat zamanı DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılmışdı. DTX tərəfindən Gömrük Komitəsində keçirilən daha öncəki əməliyyatda isə “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov həbs edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı