Modern.az

Zəngilanda 1 tondan artıq çətənə məhv edildi

Zəngilanda 1 tondan artıq çətənə məhv edildi

Aktual

4 İyul 2022, 11:32

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Bürünlü kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 1713 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı