Modern.az

Nazir Şuşa haqqında kitab yazan alman alimi qəbul edib

Nazir Şuşa haqqında kitab yazan alman alimi qəbul edib

Aktual

5 İyul 2022, 19:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüşdə alim M.Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını nazir Ceyhun Bayramova təqdim edib. Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı mənbə qismində çıxış edəcəyini bildirib.

 

Nazir Mixael Hessə təşəkkürünü ifadə edib. O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib. Nazir, alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Ceyhun Bayramov alman alimi Mixael Hessə gələcək fəaliyyətində uğurlar arzu edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı