Modern.az

Uşağın anadan olmasına görə birdəfəlik müavinət ARTIRILIR

Uşağın anadan olmasına görə birdəfəlik müavinət ARTIRILIR

Aktual

6 İyul 2022, 00:18

Azərbaycanda uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılacaq.

 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

 

Bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin cari ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı