Modern.az

Qurbanovdan məğlubiyyət şərhi:  “Sürpriz deyil”

Qurbanovdan məğlubiyyət şərhi:  “Sürpriz deyil”

Aktual

6 İyul 2022, 08:42

"Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim".

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Polşada "Lex"ə 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Q.Qurbanov bildirib ki, klubda hər şey qaydasındadır: "Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Çatışmayan cəhətlərimiz ola bilər. Lakin oyundan razı qaldım. Səfərdə olmağımıza rəğmən, çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq.

 

Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur. Gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq".

 

Baş məşqçi növbəti mərhələ üçün komandaların şanslarının bərabər olduğunu söyləyib: "Hələ matçdan əvvəl demişdim ki, bu cütün favoriti yoxdur. Yenə də fikrimdə qalıram".

 

Qurbanov "rəqibdən belə oyun gözləyirdinizmi" sualına belə cavab verib: "Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırlar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq".

 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı