Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" və Suriyanın şimalındakı antiterror əməliyyatları çərçivəsində iki gün ərzində ümumilikdə 40 PKK terrorçusu məhv edilib.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən gün İraqda 9 terrorçu zərərsizləşdirildikdən sonra Suriyada 20 PKK mənsubu məhv edilib.
Bu gün isə Suriyada "Zeytun budağı" və "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində daha 20 nəfər zərərsizləşdirilib.