Modern.az

İki “qanuni oğru” saxlanıldı - 180 min dollar ələ keçirildi

İki “qanuni oğru” saxlanıldı - 180 min dollar ələ keçirildi

Aktual

6 İyul 2022, 14:08

Ermənistan Milli Təhlükəsizlik Xidməti iki “qanuni oğru”nu saxlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar cinayətkar qrupun üzvləri kimi təqsirləndirilirlər. Onlara cinayətkar qrupun yaradılması ilə bağlı cinayət işi 2022-ci il aprelin 7-də açılıb.


Baş Prokurorluq, İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində “qanuni oğru” adlandırılan S.A.-ya qarşı kifayət qədər sübutlar toplanıb.


O, qrupun köməyi ilə ayrı-ayrı şəxslərdən, o cümlədən cəzaçəkmə müəssisələrindən özünün təşkil etdiyi “ümumi fond”a pul yığılmasını təşkil edib.


İyulun 6-da 7 nəfərə qarşı cinayət işi başlanıb, onlardan 3-ü cinayət iyerarxiyasında ən yüksək səviyyədədir.  Ümumilikdə 6 nəfər saxlanılıb, onlardan ikisi “qanuni oğru”dur. Saxlanılanlardan 180 min dollar aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı