Modern.az

Şirkət rəsmisi 110 min manatı oğurladı - Cinayət işi açıldı

Şirkət rəsmisi 110 min manatı oğurladı - Cinayət işi açıldı

Aktual

6 İyul 2022, 16:26

“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

 

Şəki rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində iləyən Rza İbrahimovun 1 fevral 2021-ci ildən 3 iyul 2022-ci ilədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.


Rəsmi məlumata görə, hazırda istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı