Modern.az

Azərbaycan-Türkiyə münasibətləri zamanın sınaqlarından şərəflə çıxıb

Azərbaycan-Türkiyə münasibətləri zamanın sınaqlarından şərəflə çıxıb

Aktual

16 İyul 2022, 10:16

Azərbaycan-Türkiyə münasibətləri zamanın sınaqlarından şərəflə, alnıaçıq, üzüağ çıxmış, ortaq mənəvi dəyərlərə, mədəniyyətə, səmimi qardaşlıq sevgisinə söykənən münasibətlərdir. İki qardaş xalqın ortaq dəyərlərinin dövlətlərimizin ortaq hədəflərə çevrilməsi, qardaşlıq münasibətlərinin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi isə, şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin iki dövlətin bir milləti qarşısındakı tarixi xidmətləridir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, qardaş ölkənin çətin sınaq qarşısında qaldığı, vətəndaş qarşıdurmasına sürükləndiyi bir zaman kəsiyində - 2016-cı ilin 15 iyulunda da Türkiyə dövlətinin yanında idi:

 

“Azərbaycan Prezidentinin qardaş ölkənin dövlət başçısına məktubunda da qeyd edildiyi kimi, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınadı, tarixi köklərdən qaynaqlanan qardaşlıq və dostluq münasibətlərinə sədaqətini nümayiş etdirdi. Həmin günlərdə Türkiyə xalqının Vətəninin müstəqilliyini müdafiə etməsi, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərməsi dünyaya Türkiyənin qüdrətini və əzəmətini sübut etməklə yanaşı, Azərbaycan xalqını da sevindirdi, qururlandırdı”.

 

Azər Kərimli dövlətlərarası münasibətlər kontekstində Azərbaycan-Türkiyə münasibətlərinin tayı-bərabəri olmadığını bildirib:

 

“Həm tarixi faktlar, həm də bu gün dünyanın müxtəlif regionlarında baş verən hadisələr sübuta yetirir ki, ortaq dil, mədəniyyət və tarix vacib birləşdirici amillər olsa da səmimi tərəfdaşlıq, müttəfiqlik üçün yetərli deyil. Qarşılıqlı münasibətlərin, Azərbaycan-Türkiyə münasibətlərində olduğu kimi ən yüksək səviyyəyə çatdırılmasında, zirvələrə qaldırılmasında ən önəmli məqam dövlətlərin öz xalqlarının iradəsini ifadə edən, strateji baxış bucağına, hədəflərə malik, qətiyyətli, cəsarətli, sözübütöv, uzaqgörən liderlərinin olmasıdır. Bu baxımdan, Azərbaycan və Türkiyə həm də öz liderlərinin timsalında dostluğun, qardaşlığın təkrarsız nümunəsini yaradıblar və gələcək nəsillərə qardaşlığın sarsılmaz nümunəsini miras qoyublar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı