Modern.az

Polis əməkdaşını maşın vurdu

Polis əməkdaşını maşın vurdu

Aktual

17 İyul 2022, 09:15

Bakıda avtomobil polis əməkdaşını vurub.

 

Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

 

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisənin təfərrüatı araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı