Çində şiddətli yağışların törətdiyi fəsadlar səbəbindən son iki gündə 12 nəfər ölüb, bir o qədər də insan itkin düşüb.
Modern.az xəbər verir ki, Siçuan vilayətində təbii fəlakət nəticəsində Beyçuan rayonunda 6 nəfər ölüb, 12 nəfər itkin düşüb. Bundan başqa, 1400-ə yaxın sakin təxliyə edilib. Ümumilikdə, 23 minə yaxın sakin şiddətli yağışlardan ziyan çəkib, yollar yararsız hala düşüb, fərdi tikililərə zərər dəyib.
Qansu vilayətinin Lonnan şəhərində isə 6 nəfər təbii fəlakətin qurbanı olub. Vilayət üzə 100 minə yaxın sakin təbii fəlakətdən zərər çəkib.