Modern.az

Millimiz Ermənistana qalib gəldi - VİDEO

Millimiz Ermənistana qalib gəldi - VİDEO

Aktual

27 İyul 2022, 20:42

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San-Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, C divizionunda yer alan yığmamız B qrupunun üçüncü matçında Ermənistanla üz-üzə gəlib. "Domus Arena" keçirilən qarşılaşma Azərbaycan millisinin 76:65 hesalı qələbəsi ilə başa çatıb.

 

Komandamız qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

 

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı