Modern.az

Azərbaycanda qadın minatəmizləmə qrupları olacaq - Səfir

Azərbaycanda qadın minatəmizləmə qrupları olacaq - Səfir

Aktual

27 İyul 2022, 23:28

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp minatəmizləmə əməliyyatları ilə tanış olub.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat tvitter hesabında bildirib.

 

“Bu mina aşkarlayan it idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında Bryeganə qadındır. Tezliklə Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək” ,- deyə işğaldan azad olunmuş ərazilərə səfər edən səfir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...