Modern.az

İki ana və övladları AXTARILIR

İki ana və övladları AXTARILIR

Aktual

28 İyul 2022, 09:32

Bakıda iki ana övladları ilə birgə itkin düşüb.

 

Modern.az-ın məlumatına görə, Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Sədaqət Rəhimova iyulun 25-də axşam saatlarında 3 yaşlı oğlu ilə birgə atasına məxsus olan və Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsində yerləşən evdən çıxıb. Daha sonra onlardan məlumat almaq mümkün olmayıb.

 

Analoji hal Xətai rayonunda qeydə alınıb. İyulun 24-də Əliağa Şıxlinski küçəsində yaşayan 1990-cı təvəllüdlü Vüsalə Zeynalova 2015-ci il təvəllüdlü qızı ilə birgə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı