Modern.az

Özünü binadan atan ana qızının yanına köçürüldü

Özünü binadan atan ana qızının yanına köçürüldü

Aktual

28 İyul 2022, 10:28

“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan 1997-ci il təvəllüdlü Aytən Abbasova Marif qızı övladı 4 yaşlı Sofiya Abbasovanın müalicə aldığı xəstəxanaya köçürülüb”.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, qadın qurumun tabeliyində olmayan xəstəxanaya köçürülüb.

 

Z.Ədilova qeyd edib ki, köçürülənə qədər xəstənin vəziyyəti stabilləşmişdi:

 

"Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.

 

Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atıb. Nəticədə uşaqlardan biri hadisə yerində keçinib, ana və digər övladı isə xəstəxanaya yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!