Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 2022-ci ilin sonuna qədər 60 milyard dollara çatacaq.
Modern.az xəbər verir ki, bunu Türkiyə- Rusiya İşgüzar Şurasının rəhbəri Kani Karaaslan deyib.
O bildirib ki, altı ayın yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları ötüb və 50 milyard dollara doğru irəliləyir.
"Hər iki ölkənin mərkəzi bankları məzənnə fərqindən yaranan itkilərin qarşısını almağı bacarsa, ilin sonunadək bu göstərici 60 milyard dollara çata bilər”, - deyə Karaaslan vurğulayıb.