Modern.az

Dünya çempionu gecə klubunda qətlə yetirildi

Dünya çempionu gecə klubunda qətlə yetirildi

Aktual

9 Avqust 2022, 00:10

Braziliyanın San-Paulu şəhərində qətl törədilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ciu-citsu üzrə səkkizqat dünya çempionu Leandro Lo gecə klubunda istirahət edərkən polis məmuru ilə dalaşıb.

 

İdmançı polisə bir neçə zərbə vurub. Döyülən şəxs buna cavab olaraq silahla dünya çempionunu güllələyib.

 

Tanınmış idmançı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin ilkin səbəbi açıqlanmayıb, faktla bağlı araşdırma aparıldığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı