Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi avqustun 9-da qarğıdalı və günəbaxan yağı daşıyan iki gəminin Ukraynanın Çernomorsk şəhərindən yola salınmasına icazə verib.
Modern.az UNIAN-a istinadən xənər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
"Birgə Koordinasiya Mərkəzi bu gün iki gəminin dəniz humanitar dəhlizi ilə 70 min ton ərzaq yükü ilə yola salınmasına icazə verib. Gəmilər avqustun 9-da yola düşəcək", - açıqlamada deyilir.
Qeyd edilir ki, 64 min ton qarğıdalı yükü olan “Ouşn Layon” gəmisi Ukraynanın Çernomorsk şəhərindən Cənubi Koreyaya, 5,3 min ton günəbaxan yağını daşıyan “Raxmi Yaqçi” isə İstanbul şəhər limanına yola düşəcək.