Modern.az

Ziyafət Əsgərov şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Ziyafət Əsgərov şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Aktual

9 Avqust 2022, 09:04

76 saylı Lənkəran - Astara seçki dairəsi üzrə Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı aparatının konfrans zalında seçicilər, şəhid ailələri və qazilərlə görüşü keçirilib.


Modern.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov iştirak edib.


Səmimi görüş zamanı seçicilərin müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid olan müraciətlər qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması məsələsi müzakirə olunub, həmçinin görüşdə iştirak etmiş seçicilərin bir qismi həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ziyafət Əsgərova dərin təşəkkürlərini ifadə ediblər.


Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?