Modern.az

Konfrans Liqası: “Neftçi” cavab matçına çıxır

Konfrans Liqası: “Neftçi” cavab matçına çıxır

Aktual

11 Avqust 2022, 08:25

Bu gün “Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, komanda Avstriyada “Rapid” klubunun qonağı olacaq. Vyanadakı “Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

 

22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan)

 

Qeyd edək ki, avqustun 4-də keçirilən ilk qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı