Modern.az

Paşinyanın iddiaları əsassızdır - Moskvadan sərt CAVAB

Paşinyanın iddiaları əsassızdır - Moskvadan sərt CAVAB

Aktual

11 Avqust 2022, 13:10

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən rus sülhməramlıları ilə bağlı iddialarına cavab verib.

 

Modern.az xəbər verir ki, Rusiya XİN nümayəndəsi İvan Neçayev iddiaların əsassız olduğunu bildirib.

 

“Biz Rusiya sülhməramlılarının tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub. Ona görə də Ermənistan Baş naziri Nikol Paşinyanın iddiaları əsassızdır”, - deyə XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, avqustun 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Qarabağda fəaliyyət göstərən sülhməramlılardan narazılığını ifadə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı