Modern.az

Nəsimi Ağayev səfir təyin olunmasına münasibət bildirdi

Nəsimi Ağayev səfir təyin olunmasına münasibət bildirdi

Aktual

19 Avqust 2022, 21:30

Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında yazıb.

 

"Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməyimə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Almaniya münasibətlərini gücləndirmək üçün əlimdən gələni əsirgəməyəcəm", - paylaşımda deyilir.

 

Qeyd edək ki, Nəsimi Ağayev yeni təyinatadək Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində çalışıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı