Modern.az

Azərbaycanda axtarışda olan 63 nəfər tutuldu

Azərbaycanda axtarışda olan 63 nəfər tutuldu

Aktual

20 Avqust 2022, 09:37

Daxili İşlər Nazirliyi (DİN) avqustun 19-da qeydə alınmış hadisələrlə bağlı statistik rəqəmləri açıqlayıb.


Modern.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, ötən gün axtarışda olan ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
 

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı