Modern.az

Sabahın hava PROQNOZU: 40 dərəcə isti

Sabahın hava PROQNOZU: 40 dərəcə isti

Aktual

20 Avqust 2022, 12:00

Avqustun 21-nə gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.


ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
 

Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı