Modern.az

Krımda rusların qərargahları vuruldu

Krımda rusların qərargahları vuruldu

Aktual

20 Avqust 2022, 12:36

Ukraynanın Rusiya tərəfindəən işğal olunmuş Krım yarımadasında dalbaldal partlayışlar baş verib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, partlayışlardan biri Sevastopoldakı Rusiyaya məxsus Qara dəniz donanmasının qərargahında baş verib.

Məlumata görə, həmin əraziyə dronlarla zərbə endirilib. Yaxınlıqdakı aerodrom ərazisində havada tüstünün müşahidə olunduğu bildirilir.

Qeyd edək ki, bu gün Krım ərazisindəki Yevpatoriya şəhərində də oxşar hadisələr baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı