Ötən gün Mardində baş vermiş qəzada ölənlərin sayı 20-yə yüksəlib.
Modern.az xəbər verir ki, ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-sının müalicəsi davam edir.
Məlumata görə, hadisəyə səbəb olmaqda şübhəli bilinən iki sürücü nəzarət altına alınıb. Qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılır.
***
Türkiyənin Mardin vilayətində baş verən yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.
***
22:33
Türkiyənin Mardin şəhərində baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfə isə yaralanıb.
***
21:16
Türkiyənin Mardin vilayətində zəncirvari qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var. Qəza şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında baş verib.
Məlumata görə, əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.
Əraziyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.