Modern.az

Müsadirə olunan yaxta hərraca çıxarılacaq

Müsadirə olunan yaxta hərraca çıxarılacaq

Aktual

21 Avqust 2022, 09:23

Cəbəllütariq hakimiyyəti rusiyalı oliqarxdan müsadirə edilən “Axioma” yaxtasını hərraca çıxarmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, yaxtanın biznesmen Dmitri Pumpyanskiyə məxsus olduğu deyilir.

 

Hərracın avqustun 23-də keçirilməsi nəzərdə tutulub. Əldə olunan vəsaitin ukraynalı qaçqınlara kömək məqsədilə köçürülməsi planlaşdırılır.

 

Cəbəllütariq hakimiyyəti mart ayında Pumpyanskiyə qarşı sanksiyalar tətbiq etdikdən sonra gəmini saxlayıb.

Sizə yeni x var
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...