Modern.az

"Qalatasaray"ın futbolçusu BƏƏ klubuna keçdi

Aktual

28 Avqust 2022, 17:33

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Aleksandru Çikaldaunu icarəyə verib.

 

Modern.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

 

Rumıniyalı oyunçu “Əl İttihad” (Kalba) komandasının formasını geyinəcək. Ərəb klubu mövsümün sonunda Çikaldaunu almaq hüququna malikdir.

 

Aleksandru Çikaldau 2021-ci ilin yayından İstanbul təmsilçisində çıxış edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...