Modern.az

Eyvan uçdu, yaşlı qadın öldü

Eyvan uçdu, yaşlı qadın öldü

Aktual

28 Avqust 2022, 17:42

Gürcüstanın paytaxtı Tbilisinin Çikobava küçəsində yaşayış evinin ikinci mərtəbəsinin eyvanı uçub, nəticədə 74 yaşlı qadın ölüb.

 

Modern.az xəbər verir ki, yerli sakinlər hadisənin gecə saat 2 radələrində baş verdiyini bildiriblər.

 

Sakinlərin sözlərinə görə, qəza nəticəsində dünyasını dəyişən qadının xəsarətləri ağır olub, buna görə hadisə yerinə gələn təcili tibbi yardım briqadası onu xilas edə bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər