Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Modern.az xəbər verir ki, turun son matçında "Qəbələ" klubu "Sabah"ı qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub.