Modern.az

Millimiz dünya çempionatında ikinci oldu

Millimiz dünya çempionatında ikinci oldu

Aktual

28 Avqust 2022, 22:36

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatının komanda yarışları başa çatıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığması turnirin finalında Fransa millisi ilə qarşılaşıb. Qızıl medal uğrunda görüşdə məğlub olan yığmamız çempionatın gümüş medalı ilə kifayətlənib.

 

Qeyd edək ki, idmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medal qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı