Modern.az

Belçika Qran-prisinin qalibi məlum oldu

Belçika Qran-prisinin qalibi məlum oldu

Aktual

28 Avqust 2022, 23:34

"Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə Belçika Qran-prisinin qalibi olub.

 

Modern.az xəbər verir ki, Ferstappen 14-cü yerdən star götürərək qələbə qazanıb.

 

İkinci yeri onun komanda yoldaşı Serxio Peres tutub. "Ferrari" komandasının pilotu Karlos Sayns isə üçüncü olub.

 

Bu nəticə ilə Ferstappen çempionatda liderliyini möhkəmləndirib (284 xal). Peres 191 xalla ümumi hesabda ikinci yerə yüksəlib. Üçüncü yerdə "Ferrari" pilotu Çarlz Lekler qərarlaşıb. O, 188 xala sahibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!