Modern.az

Azad olunan ərazilərdə daha 309 mina aşkarlandı

Azad olunan ərazilərdə daha 309 mina aşkarlandı

Aktual

29 Avqust 2022, 10:06

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı