Modern.az

Qubada narkotik ƏMƏLİYYATI - Saxlanılanlar var

Qubada narkotik ƏMƏLİYYATI - Saxlanılanlar var

Aktual

29 Avqust 2022, 11:03

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında  şübhəli bilinən rayon sakinləri  Amil Hüseynov və Samir İslamov saxlanılıblar.

 

Həmin şəxslərin üzərlərinə, evlərinə və avtomobilinə  baxış keçirilən zaman  külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin  aşkar olunaraq götürülüb.


Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin  barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı