Modern.az

Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq

Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq

Aktual

29 Avqust 2022, 12:04

Türk Dövlətləri Təşkilatının 30 illiyinin harada qeyd ediləcəyi məlum olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, yubiley tədbiri Özbəkistanda keçiriləcək.

 

12 noyabr tarixinə planlaşdırılan toplantıda Türk dövlətləri üçün vacib sənədlərin imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsası 1992-ci ildə Türkdilli dövlətlərin liderlərinin zirvə toplantısında qoyulub. 3 oktyabr 2009-cu ildə isə beynəlxalq təşkilat kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə rəsmən Naxçıvanda elan olunub. 2018-ci ildə Özbəkistan bu təşkilata üzv olub.

 

Türk dünyasında əməkdaşlıq şurasının qurulması ideyası ilk dəfə 2006-cı ildə Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təşkilatda müşahidəçi dövlətlər Macarıstan və Türkmənistandır.  

 

Türk Dövlətləri Təşkilatının üç mərkəzi var, bunlar İstanbul, Bakı və Nur-Sultandır. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə isə qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar.

 

Bundan əvvəl zirvə toplantısı ötən il Türkiyədə baş tutub.

 

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 2021-ci ilədək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlandırılırdı. Belə ki, ötən ilin noyabrın 12-də İstanbulda keçirilən iclasda Şuranın adı dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı