Modern.az

Sabahın havası - 39 dərəcə isti

Sabahın havası - 39 dərəcə isti

Aktual

29 Avqust 2022, 12:05

Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı