Modern.az

Duqinanın qətlində onun da əli olub - FTX yeni məlumat yaydı

Duqinanın qətlində onun da əli olub - FTX yeni məlumat yaydı

Aktual

29 Avqust 2022, 12:30

Rusiya xüsusi xidmət orqanları jurnalist və politoloq Darya Duqinanın qətlində daha bir Ukrayna vətəndaşını təqsirli bilir.

 

Modern.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Duqinanın qətlində Natalya Vovk ilə bərabər daha bir Ukrayna vətəndaşının əli olduğunu açıqlayıb.

 

FTX-nın məlumatına görə, 1978-ci il təvəllüdlü Boqdan Tsıqanenko 2022-ci il iyulun 30-da Rusiyaya Estoniyadan keçərək gəlib və Darya Duqinanın qətli ərəfəsində ölkəni tərk edib.

 

Ehtimala görə, Tsıqanenko Vovka saxta avtomobil nömrələri verib və əldəqayırma partlayıcı qurğunun hazırlanmasında ona kömək edib.

 

Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı