“Qarabağ”dan Fransanın “Sent Etyen” komandasına keçən İbrahima Vadjinin yeni klubunda debüt edəcəyi vaxt müəyyənləşib.
Modern.az xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də yeddinci turun “Pau” ilə səfər oyununda meydana çıxacaq.
Qeyd edək ki, seneqallı forvard bu gün "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən İbrahima Vadji sabah “Bastiya” ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.
Fransa təmsilçisi Vadjinin keçidi üçün Ağdam klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək.
Xatırladaq ki, hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunmuşdu.