Modern.az

Zakir Həsənov qazaxıstanlı generalla müzakirə aparıb

Zakir Həsənov qazaxıstanlı generalla müzakirə aparıb

Aktual

6 Sentyabr 2022, 15:44

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?