Modern.az

Goranboyda səyyar qəbul keçirilib

Goranboyda səyyar qəbul keçirilib

Aktual

6 Sentyabr 2022, 16:04

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Yəhərçi-Qazaxlar  kəndində səyyar görüş keçirib.

 

Qəbuldan öncə İcra Başçısı Şəhid ailələri ilə birgə, Şəhidlər Xatirə Abidəsini ziyarət etdi, Şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb. Qəbulda bir qrup kənd sakinlərini dinləyən İcra Başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı