Britaniya kraliçası II Yelizaveta keçmiş xarici işlər naziri Liz Trassa yeni baş nazir kimi hökuməti formalaşdırmağı tapşırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, II Yelizaveta bu gün Liz Trassı yeni baş nazir kimi qəbul edib.
Liz Trass dünən Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri seçilib və çərşənbə axşamı baş nazir olacaq.
Trass ənənənin tələb etdiyi kimi Bukingem sarayında deyil, Şotlandiyada kraliça tərəfindən təyin edilən ilk baş nazir olub.
Kraliça ilə görüşdükdən sonra yeni baş nazir Londona qayıdacaq və Dovning Street ofisinin qarşısında çıxış edəcək.