Modern.az

Ərdoğan Bosniya və Herseqovinada səfərdədir

Ərdoğan Bosniya və Herseqovinada səfərdədir

Aktual

6 Sentyabr 2022, 17:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan regionu ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinaya gedib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.

 

Rəsmi qarşılanma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan və Şefik Caferoviçin təkbətək görüşü olub. Görüşdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodik də iştirak ediblər.

 

Qeyd edək ki, Türkiyə Prezidenti region ölkələrindən Serbiya və Xorvatiyaya da səfər edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı